City House

Masazır, Abşeron
cityhousemmc@gmail.com

Şirkətimiz Haqqında

City House: Gözəl Yaşayış

Abşeron rayonu Masazırda yerləşən City House, müasir memarlıqla gözəl bir yaşam təqdim edən yüksək keyfiyyətli yaşayış kompleksidir.

City House Haqqında

Hazırda Şirkətimiz tərəfindən təqdim edilən, möhtəşəm memarlıq layihəsi olan Abşeron rayonunun gözəl və mənzərəli guşəsi, tam Masazır gölünün yanında, çox rahat və əlverişli istiqamətdə, həm də ekoloji cəhətdən təmiz zonada yerləşən, hal-hazırda tikintisi davam edən, “City House Masazır” layihəsi 1, 2, 3 otaqlı mənzillərdən ibarət olan, 12 mərtəbəli yaşayış kompleksidir.

Təqdim etdiyimiz bina Abşeron rayonunun ən canlı, şəhərə hər istiqamətdən yaxın olan çox əlverişli istəqamətdə yerləşməklə yanaşı, həm də ən təmiz, rahat və gözəl guşəsi ünvanıdır. Bina kompleksini Masazır gölünə dayanan sahədə, eyni zamanda, “Avtovağzal” metrostansiyasından cəmi 15 dəqiqəlik məsafədə və ümumi 1,15 ha geniş ərazidə yerləşən “City House ” Masazır layihəsində yer alan hər mənzil öz dəyərli müştərimizin ən uğurlu seçimi olacağından əminik.

Ərazidə məişət məhsullarının satışı üzrə bir çox mağazaların, uşaq bağçasının, 24 saat ərzində fasiləsiz olaraq davam edən ərazi və ticarət infrastruktur­ları — bütün bunlar hal-hazırda təqdim etdiyimiz möhtəşəm layihəmizin sadəcə bir hissəsidir. Burada uşaqların asudə vaxtlarının səmərəli şəkildə keçirməsi üçün müasir uşaq meydançaları da tikilmişdir.

Həmçinin, sakinlərimizin rahatlığını təmin etmək və mənzil layihəmizi daha da əlçatan etmək məqsədilə tikintisi davam etdirilən olan bina kompleksində müasir, sərfəli sistemlərin tətbiq olunduğu, təcrübəli mühafizəçilər tərəfindən 24/7 rejimdə nəzarət və təhlükəsizlik sistemi sevə-sevə və böyük məmnuniyyətlə təqdim etməklə müştərilərimizin rahatlıqları və təhlükəsizlikləri – bizim şirkətimizin ən əsas missiyalarından biridir.

City House premium yaşayış məkanı konseptinə əsaslanan müasir bir layihədir. Biz tikintidə yalnız sertifikatlı materiallardan istifadə edir, beynəlxalq standartlara uyğun təhlükəsizlik və keyfiyyət nəzarəti tətbiq edirik.

Kompleksdə geniş və işıqlı mənzillər, funksional planlamalar, estetik fasad görünüşü, müasir lift sistemi, yeraltı parkinq və inkişaf etmiş infrastruktur nəzərdə tutulub. Məqsədimiz sakinlərə təkcə mənzil deyil, uzun illər boyunca etibar edə biləcəkləri rahat və təhlükəsiz bir yaşam tərzi təqdim etməkdir.

City House — sizin və ailənizin komfortlu gələcəyinə sərmayədir.